Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının beynəlxalq sularında bütün dəniz minalarının ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən təmizləndiyini və ya zərərsizləşdirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp “Truth Social” hesabında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ona boğazın beynəlxalq sularında yerləşdirilmiş bütün minaların götürüldüyü və ya partladılaraq məhv edildiyi barədə məlumat verib.
ABŞ Prezidenti İranı yeni minaların yerləşdirilməsinə qarşı sərt şəkildə xəbərdar edib. O bildirib ki, Hörmüz boğazında yenidən mina yerləşdirən istənilən gəmi və ya qayıq “dərhal və sistemli şəkildə məhv ediləcək”.
Tramp həmçinin mina yerləşdirilməsinə qarşı ABŞ-ın “sıfır tolerantlıq” siyasəti tətbiq etdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az