Trampdan ilk seçki açıqlaması: Tam qələbəyə əminəm

05.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gələcəyinə tam əmin olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, Tramp Palm-Biçdəki seçki məntəqəsində səs verib.

“Mən öz qələbəmə çox əminəm”, – deyə Tramp vurğulayıb.

BU arada ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi bilinib.

Belə ki, Nyu Hempşir ştatının Diksvil Notç qəsəbəsində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Onlar prezidenti, Senatın üçdəbirini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hakim Demokratlar partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью