Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran yaxınlığında Venesueladakından daha böyük böyük bir donanmamız var.
Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranla bağlı son durumu şərh edərkən deyib.
“Onlar razılaşmaq istəyirlər. Bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər", - Tramp qeyd edib.
Tehran və Vaşinqton arasındakı gərginlik İrandakı son etiraz dalğasından sonra daha da artıb. Iranın mövcud hakimiyyəti əleyhinə etirazçıları dəstəkləyən ABŞ Prezidenti Donald Tramp da İrana hərbi müdaxilə ilə hədələyib.
Gərginliyin artmaqda davam etdiyi bir zamanda Tramp USS Abraham Linkoln (CVN 72) təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərildiyini elan edib. ABŞ-ın İrana hərbi müdaxilə edib-etməyəcəyi ilə bağlı fərziyyələr davam etməkdədir.
ABŞ mediası Trampın hələ İranla bağlı yekun qərar vermədiyini və hərbi variantları nəzərdən keçirəcəyini bildirib.
Bununla belə ABŞ-ın bölgədəki müttəfiqlərindən olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İrana qarşı hücum iddiaları ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "BƏƏ İrana qarşı heç bir hərbi hücumda hava məkanının, ərazisinin və ya ərazi sularının istifadəsinə icazə verməyəcəyini təsdiqləyir".
Bəyanatda İrana hücum üçün heç bir lojistik dəstəyin göstərilməyəcəyi qeyd edilib və böhranların həllində beynəlxalq hüquqa riayət edilməsinə və dövlətlərin suverenliyinə hörmət edilməsinə çağırılıb. Bəyanatda həmçinin BƏƏ-nin mübahisələrin diplomatik yolla həllinə tərəfdar olduğu bildirilib.
Mürtəza