Icma.az, Olke.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin mümkün olduğunu istisna etməyib.
Ölkə.Az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində bəyanat verib.
“‘Rejim dəyişikliyi’ ifadəsini işlətmək siyasi baxımdan düzgün sayılmır, amma əgər hazırkı İran rejimi ölkəni yenidən böyük edə bilmirsə, bəs niyə rejimi dəyişməyək?” – deyə Ağ Ev rəhbəri yazıb.
Qeyd edək ki, bundan öncə Pentaqon rəhbəri İranda rejim dəyişdirmək kimi niyyətlərinin olmadığını bildirmişdi. Ona qədər isə İsrailin baş naziri Benyamin Netanyahu "İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil" söyləmişdi.