Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Venesuelada böyük uğurlar qazandıq və İran ordusunu tamamilə məhv etdiyimiz İranda da böyük uğurlar qazandıq"
ABŞ Prezidenti Donald Tramp Venesuela və İrana qarşı Amerika hərbi əməliyyatlarının “inanılmaz dərəcədə uğurlu” olduğunu bəyan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə Vaşinqtonda ABŞ-ın 250 illiyi ilə bağlı etdiyi çıxışında bildirib.
Amerika lideri qeyd edib: "Venesuelada böyük uğurlar qazandıq və İran ordusunu tamamilə məhv etdiyimiz İranda da böyük uğurlar qazandıq".
Tramp həmçinin bir daha təkrarlayıb ki, onun səyləri sayəsində ABŞ kosmik tədqiqatlarda liderlik mövqeyini bərpa edib: "Biz əvvəllər geri qaldığımız Çin və Rusiyadan çox irəlidəyik".