Trampdan İrana, anlaşma olmayacağı təqdirdə, yeni sanksiyalar təhdidi

31.03.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Prezidenti Donald Trump, İranın nüvə məsələsində bir razılaşma əldə edib-etməməsindən asılı olaraq əlavə sanksiyalar tətbiq ediləcəyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Trump, həftə sonunu Florida-dan Vaşinqtona dönərkən təyyarədə mətbuat nümayəndələri ilə keçirdiyi söhbət zamanı gündəmi şərh edib.

İranla bağlı əlavə sanksiyaların tətbiq ediləcəyi ilə bağlı verilən suala cavab verən Trump: "Bir neçə əlavə sanksiya maddəsi var. İranla bağlı əlavə gömrük vergilərimiz mövcuddur və əgər hər hansı bir irəliləyişin baş verdiyini görməsək, bir neçə həftə içində bunları tətbiq edəcəyik. Hal-hazırda bunu tətbiq etmirik", - deyə qeyd edib.

Trump: "İranla bağlı əlavə gömrük vergiləri məsələsində, bir razılaşma edib-etməyəcəklərinə əsasən qərar verəcəyik. Əgər razılaşma edərlərsə, o zaman heç vaxt yeni gömrük vergisi tətbiq etməyəcəyik", - deyə bildirib.

İranın razılaşmaya getməsini üstün tutduğunu vurğulayan Trump, əks təqdirdə, Tehran üçün bunun yaxşı olmayacağını qeyd edib. Trump, İran rəhbərliyinin nüvə məsələsində razılaşma edəcəyinə inandığını da əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью