Trampdan İrana hücum ehtimalı barədə açıqlama: Buna yalnız axmaq adam cavab verər”

08.01.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


ABŞ-nin seçilən prezidenti Donald Tramp İrana qabaqlayıcı zərbələr barədə suala cavab verməyib.

Məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, “ABŞ İrana qabaqlayıcı zərbələr endirəcək?” sualını Donald Tramp belə cavablandırıb: “Bu, hərbi strategiyadır. Cavab verməyəcəm. Ona yalnız axmaq adam cavab verə bilər”.
“New York Post”un məlumatına əsasən, Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxmayacaq(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью