Trampdan İrana növbəti XƏBƏRDARLIQ

08.04.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Danışıqlar uğursuz olarsa, İran böyük təhlükə qarşısında qalacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Bu həftə sonundan başlayaraq müzakirələr yüksək səviyyəli danışıqlara qədər genişləndiriləcək. Onlar şənbə günü baş tutacaq", - o qeyd edib.

Bununla belə, Tramp danışıqların harada aparılacağını açıqlamayıb.

“Biz İranla birbaşa danışıqlar aparırıq və onlar artıq başlayıb”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью