Trampdan İrana qarşı həmlə: Əmr verdi

23.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın Yəməndəki proksi qruplaşması “Ənsarullah”ı (husilər) terror təşkilatı kimi tanımaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, prezident Dövlət Departamentinə 30 gün ərzində husilərin yenidən terror təşkilatı kimi tanınmasını tövsiyə edən hesabat hazırlamağı əmr edən sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, hesabatı aldıqdan sonra 15 gün ərzində dövlət katibi Marko Rubionun husiləri yenidən terror təşkilatı kimi təyin etmək tövsiyəsini imzalaması gözlənilir.

Xatırladaq ki, Trampın ilk administrasiyası husiləri terror təşkilatı kimi tanısa da, ABŞ-nin keçmiş prezidenti Co Bayden qərarı geri çəkmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью