Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İran rəsmiləri inanılmaz dərəcədə ikiüzlüdürlər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, İran rəsmiləri görüş istəyirlər, bəziləri yalvarırlar:
"Amma açıq və qürurla heç bir müzakirə aparmadıqlarını deyirlər".
Tramp həmçinin Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tamamilə nəzarətdə olduğunu iddia edib:
"İran limanlarının blokadadan çıxması üçün iki yol var: Ya razılaşma, ya da tam təslim olma".
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai vurğulayıb ki, İran hazırda ABŞ ilə danışıqlar aparmır, lakin Hörmüz boğazından keçidi təmin etmək üçün Omanla müzakirələr aparır.
Aydın