Trampdan İrana sərt mesaj: Məni maraqlandırmır”

19.07.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə əldə olunan razılaşma üzrə öhdəliklərini yerinə yetirməyəcəyinə dair açıqlamasına münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə ABŞ-nin "NewsNation" telekanalına müsahibəsində danışıb. O, əvvəlcə İordaniyada yerləşən ABŞ hərbi bazasına edilən hücum nəticəsində iki amerikalı hərbçinin həlak olmasını "çox kədərli hadisə" adlandırıb.

Tramp bildirib ki, əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. İranın "İslamabad Razılaşması" üzrə öhdəlik daşımaq məcburiyyətində olmadığını bəyan etməsinə münasibət bildirən Tramp, "Bu məni maraqlandırmır", - deyə qeyd edib. pizza sifarişi

Xatırladaq ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi iyulun 15-də ABŞ-ı "İslamabad Razılaşması"nı hərbi hücumlar və dəniz blokadasını yenidən tətbiq etməklə tam şəkildə pozmaqda ittiham edib.

O bildirib ki, belə şəraitdə İran sözügedən razılaşma üzrə heç bir öhdəlik daşımadığını hesab edir.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью