Trampdan İrana sərt xəbərdarlıq: Sözə baxmasalar, başlarına bomba yağdıracağıq

17.06.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İran arasında cümə günü imzalanması planlaşdırılan anlaşma memorandumu yekun saziş deyil; Vaşinqton Tehranın sazişin şərtlərini yerinə yetirmə tərzini bəyənməsə, İslam Respublikasına qarşı zərbələri bərpa edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Bu, yekun saziş deyil. Bu, sadəcə bir anlaşma memorandumudur. Və əgər mənim xoşuma gəlməsə, biz onlara atəş açmağa və başlarına bombalar yağdırmağa davam edəcəyik", — deyə Amerikanın lideri Fransanın Evian şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib.

"Əgər memorandum mənim xoşuma gəlməsə, sözə baxmasalar, onların üzərinə yenidən bomba yağdırmağa başlayacağıq. Çünki onlar 47 ildir sözə baxmırdılar", — deyə Tramp əlavə edib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью