Trampdan İrana sərt xəbərdarlıq: “Ya təslim olacaqlar, ya da...”

10.10.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.

Milli.Az xəbər verir ki, Tramp Nyu-York ştatının Sirakyus şəhərində tərəfdarları ilə görüşündə bildirib ki, Tehran Vaşinqtonun münaqişənin həlli ilə bağlı şərtlərini qəbul etməlidir.

"İranla bağlı məsələ çox qısa zamanda həll olunacaq. Ya onlar hər şeyi bizə təslim edəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Onlar bunu yaxşı bilirlər", - deyə ABŞ lideri vurğulayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью