Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı başladıqları işi bitirməli olduqlarını bildirib.
“Bakupost” xəbər verir ki, Tramp müharibə ilə bağlı danışarkən bunun necə həyata keçiriləcəyinə qərar verdiklərini deyib:
“Bu işi bitirməliyik. Məsələ yalnız bunu necə etmək istədiyimizdir. Bunu nəzakətli şəkildə, yoxsa o qədər də nəzakətli olmayan şəkildə edəcəyik. Bunu çox yaxında öyrənəcəksiniz”.
Tramp ABŞ-nin İranın hərbi imkanlarını demək olar ki, məhv etdiyini iddia edib. O, İranın keçmiş dini lideri Ayətullah Əli Xameneiyə də toxunaraq “Xameneini xatırlayırsınız? Hamısı öldü” ifadəsini işlədib.
ABŞ Prezidenti həmçinin bölgədəki bir sıra ölkələrin İranın ABŞ tərəfindən vurulmasından sonra ona təşəkkür etdiyini bildirib.
Tramp çıxışında Hörmüz boğazına da toxunaraq boğazın ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarətində olduğunu iddia edib. O, “Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və Birləşmiş Ştatlara məxsusdur” deyib.
ABŞ-nin vitse-prezidenti JD Vens isə İranın nüvə silahı əldə etmək istəmədiyini göstərmək üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib.
O, İranın gələcəkdə nüvə fəaliyyətlərini azaldacağına dair təminat verməsinin kifayət etməyəcəyini deyib. Onun sözlərinə görə, Tehran zənginləşdirmə imkanları ilə bağlı konkret addım atmalıdır.
Vüsalə Hüseynova,
BakuPost