Trampdan İrana yeni zərbələrin ANONSU

01.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına verdiyi müsahibəsində noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı intensiv aviazərbələrin bərpa olunmasının "mümkün" olduğunu bildirib.
Tehran rəsmiləri isə ABŞ-ın hər hansı yeni hücumuna qarşı daha geniş cavab tədbirlərinə hazırlaşdıqlarını bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “turkiyetoday.com” saytı yazıb.
Hücumların davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp detalları açıqlamasa da, qənaətbəxş razılaşma əldə olunmasa, təzyiqləri gücləndirə biləcəyini vurğulayıb:
 

"İranla heç vaxt sülhün ola biləcəyini düşünmürəm", – deyə o qeyd edib.


Müharibənin səkkizinci aya qədəm qoyduğu bir vaxtda Tramp müəyyən sursat ehtiyatlarının azaldığını etiraf etsə də, əsas orta və yüksək dərəcəli güclü hərbi təchizatın hər zamankından güclü olduğunu və müdafiə sənayesi zavodlarının işini sürətləndirdiyini bildirib.
Sentyabr ayının sonuna olan məlumata görə, münaqişə zamanı 19 ABŞ hərbçisi həlak olub, 800-dən çoxu isə yaralanıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью