Trampdan İranın enerji infrastrukturu ilə bağlı tapşırıq

23.03.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

"Ölkə.az" xəbər verir ki, o bunu "Truth Social"da yazıb.

Tramp ABŞ və İranın son iki gün ərzində "Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli nizamlanmasına dair çox yaxşı və məhsuldar danışıqlar" apardığını bildirib.

"Həftə ərzində davam edəcək bu dərinləşdirilmiş, ətraflı və konstruktiv danışıqların xarakterinə və tonuna əsaslanaraq, mən Müdafiə Nazirliyinə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırdım", - Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью