Trampdan İranla bağlı açıqlama: “Müharibə tezliklə bitəcək”

30.10.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin “tezliklə” başa çatacağını bildirib.

Turkustan.az xəbər verir ki, o, Vaşinqtonun Tehranla mümkün razılaşma çərçivəsində İranın heç bir halda nüvə silahı əldə etməyəcəyinə dair zəmanət tələb etdiyini vurğulayıb.

]Tramp bu barədə ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən bir neçə gün əvvəl “Kansas City Radio”ya müsahibəsində danışıb.

Ölkədə yanacaq qiymətlərinin yüksək olması və İranla müharibə ətrafında müzakirələrin davam etdiyi bir vaxtda Tramp qarşıdurmanın tezliklə başa çatacağını deyib.

ABŞ prezidenti bildirib ki, Vaşinqton Tehrandan heç bir halda nüvə silahı əldə etməyəcəyinə dair zəmanət istəyir. O, həmçinin müharibə başa çatdıqdan dərhal sonra neft qiymətlərinin sürətlə aşağı düşəcəyini iddia edib.

Tramp İranın razılaşma əldə etməyə çox istəkli olduğunu irəli sürsə də, mümkün razılaşmanın nə vaxt və hansı şərtlərlə əldə edilə biləcəyinə aydınlıq gətirməyib.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью