Trampdan İranla bağlı mühüm açıqlama

01.09.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadəni istisna etdiyini açıqlayıb.

Azpost.info bildirir ki, Tramp bu barədə avqustun 31-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, İranın artıq hərbi baxımdan məğlub olduğunu düşündüyü bir vəziyyətdə nüvə silahından istifadəyə ehtiyac yoxdur.

ABŞ lideri nüvə silahının tətbiqi ilə bağlı suala cavabında bunun üçün heç bir əsas olmadığını deyib və belə bir addımın mənasız olduğunu vurğulayıb.

Bununla yanaşı, Tramp İran ərazisinə qarşı ABŞ-ın yeni zərbələrinin mümkünlüyünü istisna etməyib. O, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini və ölkənin ağır vəziyyətdə olduğunu bildirib.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda səslənib. Avqustun 30-da ABŞ qüvvələri Hörmüz boğazında İranın raket buraxılış qurğularına zərbələr endirib. İran isə buna cavab olaraq İordaniyadakı ABŞ hərbi obyektlərinə raket zərbələri endirib.

ABŞ prezidenti eyni zamanda İranın nüvə silahına malik olmasına heç vaxt imkan verilməyəcəyini bildirib.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью