Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17.08.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev sahibi diqqətlərinin əsasən neftə yönəldiyini açıq şəkildə söyləyib. 

Xarici siyasət və enerji strategiyalarını qiymətləndirən D.Tramp Venesuela ilə bağlı prosesdən danışarkən deyib: “Venesuela... Biz əslində bu müharibəni bir gündə qazandıq. Əslində, 48 dəqiqəyə. Venesuela ilə əla münasibətlərimiz var”. 

O bildirib ki, iki ölkə arasında enerji sahəsində ticarət var. Birləşmiş Ştatlar lideri vurğulayıb ki, artıq Venesuelada yüz milyardlarla dollar dəyərində neft hasil edirlər. 

D.Tramp eyni strategiyanı dünyanın digər bölgələrdə də tətbiq etdiklərini deyib. ABŞ Prezidenti bu siyasətin yeni hədəfinə toxunaraq bildirib: “İndi biz eyni şeyi nisbətən daha böyük bir ölkə ilə edirik. İranla bağlı böyük işlər görürük”.

Qeyd edək ki, ABŞ xüsusi təyinatlıları 2026-cı il yanvarın 3-də “Mütləq Qətiyyət Əməliyyatı” kod adı altında Venesuela paytaxtı Karakasa daxil olub və Prezident Nikolas Maduronu girov götürərək Amerikaya aparıblar. 

Fevralın 28-də isə ABŞ və İsrail İrana qarçı birgə müharibəyə başlayıb. İyun ayında Tehranla Vaşinqton arasında atəşkəs barəsində razılıq əldə edilsə də, 7 iyuldan etibarən bu analşma yenidən pozulub. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью