Trampdan İsrail seçicilərinə çağırış: Bibi sizi heç vaxt məyus etməyəcək

18.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsraildə keçiriləcək növbəti parlament seçkilərində Baş nazir Binyamin Netanyahunu dəstəklədiyini açıqlayıb. 
Bizim.Media xəbər verir ki, Tramp Netanyahunu ABŞ-ın Yaxın Şərqdəki ən vacib müttəfiqi və strateji tərəfdaşı kimi qiymətləndirib.
Tramp Binyamin Netanyahunu guclü, cəsarətli və parlaq lider, eyni zamanda İran təhlükəsinə qarşı mübarizədə Amerikanın görkəmli tərəfdaşı adlandırıb.
ABŞ-ın dövlət başçısı bildirib ki, əgər İsrail xalqı başqa bir lider seçərsə, Vaşinqton təkbaşına hərəkət etmək məcburiyyətində qalacaq.
Tramp seçkilərdə Netanyahuya tam dəstəyini ifadə edərək, "Bibi sizi heç vaxt məyus etməyəcək" ifadəsi ilə İsrail seçicilərinə çağırış edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью