Trampdan Kanadaya təklif Ştatımız olun, vergidən qurtulun

24.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmağa razılaşacağı təqdirdə ona çox əhəmiyyətli vergi güzəştləri ediləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika lideri Şimali Karolinada səfərdə olarkən jurnalistlərə bildirib.
“Kanadanın 51-ci ştat olmasını istərdim. Kanada vətəndaşları, əgər bu baş verərsə, çox böyük vergi güzəştləri əldə edəcəklər, çünki onlar indi çox vergi yükü altındadırlar”, - Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, Kanada ABŞ-a qoşularsa, kanadalılar artıq hərbi məsələlərlə bağlı narahat olmayacaq və vətəndaşlar da daha yaxşı tibbi xidmət alacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью