Trampdan Kiyevə AĞIR ZƏRBƏ: Ukrayna ərazilərini itirəcək, çünki Zelenski… KONKRET

05.05.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı açıqlamalar verib. O, bildirib ki, Ukrayna tərəfi ərazilər itirməyə davam edir və yalnız Qərb silahları sayəsində döyüş apara bilir.

KONKRET.az-ın xəbərinə görə, Tramp deyib ki, ABŞ silahları NATO-ya satır. Daha sonra isə bu silahlar Ukraynaya paylanır.

ABŞ prezidenti həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini “hiyləgər insan” adlandırıb və 2025-ci ilin əvvəlində Ağ Evdə keçirilən görüş zamanı onun “aqressiv davrandığını” iddia edib.

Bununla yanaşı, Tramp əvvəlki administrasiyanın Kiyevə göstərdiyi yardımı tənqid atəşinə tutaraq, 350 milyard dollarlıq silah yardımını “gülünc” adlandırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью