Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı sosial media hesabında paylaşdığı irqçi videoya görə yaranmış geniş tənqidlərə məhəl qoymayaraq, videonu paylaşan Ağ Ev əməkdaşına heç bir cəza verilmədiyini bildirib.
Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.
Tramp “Obamaları karton meymun kimi göstərən videonu sizin hesabınızdan paylaşan əməkdaşı işdən çıxarmısınız, yoxsa cəzalandırmısınız?” sualına cavabında belə bir addım atmadığını deyib.
Prezident daha sonra həmin irqçi klipi, Barak və Mişel Obama-nı cizgi meymunları kimi göstərən hissəni, “The Lion King” (Aslan Kral) filmi ilə əlaqələndirərək müdafiə etməyə çalışıb. Qeyd edək ki, həmin animasiya filmində əslində meymun yoxdur.
Aytəkin TOFİQQIZI