Trampdan möcüzə gözləməməliyik Zelenski

19.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ukrayna ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Trampdan möcüzə gözləməməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

“Bütün dünya Trampdan möcüzə gözlədiyi halda, siz və mən gözləməməliyik, cəsarətimizi itirməməliyik, vaz keçməməliyik.Bütün xalq bütün ölkənin davamlılığı naminə hər gün işləməliyik. Bu bizim müharibəmizdir və bunun uğrunda savaşmalıyıq", - deyə dövlət başçısı yazıb.

Xatırladaq ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirəcəyinə söz vermişdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью