Trampdan mühüm Ukrayna açıqlaması: Zelenskiyə deməmişəm ki...

20.10.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ukrayna və Rusiyanın hazırkı döyüşlərin getidiyi cəbhə xəttində dayanmalıdırlar.

Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

O eyni zamanda əlavə edib ki, Volodimir Zelenski ilə Donbasın Rusiyaya təhvil verilməsini müzakirə etməyib.

"Xeyr, biz bunu heç vaxt müzakirə etməmişik. Düşünürük ki, onlar sadəcə olduqları yerlərdə, cəbhə xəttində dayanmalıdırlar", -Tramp qeyd edib.

Donbasın taleyi ilə bağlı sualı cavablandıran Tramp deyib ki, hazırda Donbasın 78 faizi Rusiya tərəfindən işğal olunub və faktiki bölünüb. “Olduğu kimi qalmalıdır. Onlar... Sonra nəsə razılaşa bilərlər", - Tramp deyib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью