Trampdan NATO ya: Gülməlidir, bu sizin işinizdir

21.01.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ kimi digər NATO ölkələri də Ukraynaya dəstəyi artırmalıdırlar və daha çox yük götürməlidirlər.

Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yanvarın 21-də bəyan edib.

Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya NATO-dan daha çox vəsait xərcləyib, amma bu müharibə onlardan çox alyansdakı digər ölkələrə böyük təsir göstərir: "NATO daha çox pul ödəməlidir. NATO 5% ödəməlidir. 
Biz Ukrayna münaqişəsinə NATO-dan 200 milyard dollar çox xərcləmişik. Gülməlidir. Çünki bu onlara daha çox təsir edir". 

Tramp əlavə edib ki, NATO hesabların bərabər olması üçün Ukraynaya daha çox vəsait ayırmalıdır.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью