Trampdan Netanyahu ilə bağlı suala cavab: “Maraqlanmıram”

01.10.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə İsrailin Baş naziri Binyamin Netanyahunu dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Turkustan.az xəbər verir ki, Tramp “TIME” jurnalına müsahibəsində Netanyahunun seçkilərdə dəstəklənməsi ilə bağlı suala “Mən siyasətlə maraqlanmıram” cavabını verib.

Tramp müsahibəsində İran məsələsinə də toxunub. O, İrana endirilən zərbələr nəticəsində ölkənin zəiflədiyini və dayandırıldığını iddia edib.

“İran hər şeyi itirib. Onlar razılaşmaq istəyirlər. Mən isə əsl razılaşma istəyirəm”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti İrana hücum edəcəyi təqdirdə Hörmüz boğazının bağlanması ilə bağlı suala da cavab verib.

“Onların həmişə təhdidi olub və bu, bir müddət işə yarayıb. Amma biz bu təhdidi kökündən aradan qaldırmışıq”, - deyə,Tramp qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью