Trampdan Netanyahuya dəstək İsrail xalqına səsləndi

26.10.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilərdən əvvəl növbəti dəfə Baş nazir Benyamin Netanyahuya dəstəyini ifadə edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri sabah seçki məntəqələrinə gedəcək İsrail vətəndaşlarına müraciət ünvanlayıb.

Benyamin Netanyahunun yaxşı Baş nazir olduğunu vurğulayan Tramp deyib:

"Səsverməyə gedərkən unutmayın ki, Benyamin fövqəladə dərəcədə mübariz bir Baş nazirdir. Baş nazir olaraq Netanyahuya səs verin, başladığımız işi bitirməliyik".

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью