Trampdan NÜVƏ XƏBƏRDARLIĞI: “Onlar buna çox yaxındırlar“

05.02.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"İran nüvə silahı yaratmaq ərəfəsindədir".

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Evin rəhbəri jurnalistlərin sualına "Məncə, onlar yaxındırlar, çox yaxındırlar" deyib. Eyni zamanda o, Tehran rəhbərliyi ilə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.

Buna baxmayaraq, Tramp İrana maksimum təzyiqi bərpa etmək üçün sərəncam imzalayıb. ABŞ Prezidenti deyib ki, Tehran nüvə silahına malik olmamalıdır.

Bu bəyanatlar kontekstində Donald Tramp İrana və onu aradan götürmək niyyətində olan digər dövlətlərə xəbərdarlıq edib. O bildirib ki, bu halda bunu edən dövlət tamamilə məhv olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью