Trampdan Putinlə danışığı barədə ilk AÇIQLAMA | Icma.az
Icma.az, Unikal.az saytına istinadən bildirir. ABŞ prezidenti Donald Tramp Putinlə uzun və məhsuldar söhbət etdiyini təsdiqləyib və söhbətin
"Unikal" xəbər verir ki, Tramp Putinlə söhbətin çox məhsuldar keçdiyini bildirib.
Onun sözlərinə görə, onlar Ukrayna, Yaxın Şərq, enerji məsələləri və bir sıra digər mövzuları müzakirə ediblər.
Amerika lideri Putinlə yaxın əməkdaşlıq, o cümlədən Rusiya və ABŞ-a gələcək səfərlər barədə razılığa gəldiyini bildirib.
O, həmçinin yazıb ki, o və Putin Ukraynada münaqişənin dayandırılmasının zəruriliyi barədə razılığa gəliblər.
Bundan əlavə, ABŞ prezidentinin qeyd etdiyi kimi, onlar öz komandalarına danışıqlara “dərhal” başlamaq barədə göstəriş verməyə razılaşıblar.
ABŞ tərəfdən bu danışıqlara Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri rəhbərlik edəcək.
Tramp bildirib ki, iki lider iki ölkənin böyük tarixini və İkinci Dünya Müharibəsində birlikdə necə uğurla vuruşduqlarını xatırladıb: “Rusiya on milyonlarla insanı itirdi, biz də öz növbəmizdə çox böyük itkilər verdik”.
Tam oxu
Xəbəri oxu