Trampdan Putinlə görüş haqda açıqlama: Müharibəyə son qoymaq üçün danışıqlara başlayacaq

19.05.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqqında açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, danışığının çox yaxşı keçdiyini bildirib.

Əlavə eidb ki, Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq: "Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq görüşü indicə başa vurdum. İnanıram ki, çox yaxşı müzakirə keçdi. Rusiya və Ukrayna dərhal atəşkəsə nail olmaq və ən əsası müharibəni dayandırmaq üçün danışıqlara başlayacaqlar. Söhbətin tonu və ruhu mükəmməl idi. Əgər belə olmasaydı, mən bunu sonra deyil, indi söyləyərdim..."

Lamiyə Əhmədli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью