Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində Qrenlandiya və Avropa liderləri ilə bağlı diqqətçəkən paylaşımlar edib.
Turkustan.az xəbər verir ki, Trampın sosial şəbəkələrdə yaydığı bu postlar qısa müddətdə beynəlxalq mediada geniş rezonans doğurub.
Qrenlandiya ilə bağlı paylaşı diqqəti cəlb edir: “Qrenlandiya — 2026-cı ildən ABŞ ərazisi”.
Bu ifadə açıq-aşkar siyasi mesaj kimi qiymətləndirilir və Vaşinqtonun Arktika regionuna artan marağının növbəti simvolik nümayişi hesab olunur.
Analitiklər bildirirlər ki, Tramp bu cür paylaşımlarla həm daxili auditoriyaya, həm də Avropaya təzyiq siqnalları göndərir.
İkinci paylaşım isə daha ironik və eyni zamanda provokativ xarakter daşıyır.
Fotoda Avropa liderləri Ağ Evdə, Oval kabinetdə əyləşmiş vəziyyətdə göstərilir.