Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetə tam etimad bəslədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu açıqlama “Signal” mesajlaşma tətbiqində yayılan yeni qalmaqalla bağlı verilən suallar fonunda səslənib.
“CNN” telekanalının məlumatına görə, mediada yayılan xəbərlərdə Heqsetin həyat yoldaşı və qardaşı ilə birgə olduğu “Signal” qrupunda hərbi planların detalları ilə bölüşdüyü iddia olunub.
Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı Trampın mövqeyini bildirib.
“Bu səhər onunla danışdım. Tramp ona tam dəstək verir və Heqsetin arxasındadır”, – deyə Livitt bildirib.
Aysel Əliyeva
Globalinfo.az