Trampdan qara kostyumlu, gün eynəkli, tüfəngli MESAJ

29.04.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranın “işləri yoluna qoya bilmədiyini” və nüvə silahsızlanma sazişini “imzalamağı bacarmadığını” iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Tramp sosial media hesabından etdiyi paylaşımda İranı tənqid edib: 

“İran işləri yoluna qoya bilmir. Nüvə silahsızlanma sazişini imzalamağı bacarmırlar. Tezliklə ağıllanmaları lazımdır".

Trampın paylaşımında qara kostyumlu, gün eynəkli və əlində uzun lüləli silah tutduğu fotosuna iri şriftlə “Artıq yaxşı adam yoxdur” ifadəsini əlavə etməsi diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp İranla Pakistanda aparılan danışıqlar prosesinin uğursuzluğa düçar olmasından sonra sosial media platformasında etdiyi açıqlamada Hörmüz boğazını blokadaya alma prosesinə başlayacaqlarını bildirib.

Həmin açıqlamadan dərhal sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 aprel tarixində İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq ediləcəyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью