Trampdan rəqiblərinə atmaca: “Məndə var, onlarda yoxdur”

02.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp qolf üzrə klub çempionatında qalib gəldiyini açıqlayaraq bunu istedadı ilə əlaqələndirib.

Modern.az xəbər verir ki, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada Bedminster klubunun çempionatında 70 xalla qalib olduğunu bildirib.

“Klub çempionatında qalib gəldim. Yarışda iştirak edən hər kəsə təşəkkür edirəm. Mən 70 xalla qalib oldum və bu, mənim üçün böyük şərəfdir. Digər iştirakçılardan fərqli olaraq məşq etməyə demək olar ki, vaxtım yoxdur, çünki diqqətimi bir çox başqa işlərə yönəltmişəm. Buna istedad deyilir: məndə var, onlarda isə yoxdur”, – deyə Tramp yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью