Trampdan Rubio ilə bağlı qərar...

23.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun milli təhlükəsizlik müşaviri vəzifəsinə rəsmi təyin edilməsi barədə sənəd imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyus Nation” Ağ Ev rəsmisinə istinadla məlumat verib.

Bununla da indiyədək milli təhlükəsizlik müşaviri vəzifəsini müvəqqəti icra edən Marko Rubionun statusu rəsmiləşdirilib. O, dövlət katibi vəzifəsini də davam etdirəcək.

Qeyd edək ki, Rubio 2025-ci ilin mayında Mayk Uoltsun vəzifədən ayrılmasından sonra milli təhlükəsizlik müşaviri səlahiyyətlərini müvəqqəti icra etməyə başlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью