Trampdan Rusiya ilə bağlı suala ilginc reaksiya VİDEO

10.09.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub. 

Globalinfo.az xəbər verir ki, Tramp jurnalistlərin məsələyə dair suallarına şərh verməyib və səssiz qalmağa çalışıb.

O, ilk olaraq mətbuat nümayəndələrinə salam verib, daha sonra Rusiya ilə bağlı sualların səsləndirilməsinin ardınca mühafizəçisinin müşayiəti ilə avtomobilinə əyləşib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa hava məkanını pozan Rusiya PUA-larından bir neçəsini vurub.

Trampın görüntülərini təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью