Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Əbu-Dabidə keçirilən danışıqlardan sonra Ukrayna məsələsində irəliləyişin müşahidə olunduğunu bildirib.
Globalonfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlaması zamanı danışıb.
“Ukrayna və Rusiyada çox yaxşı şeylərin baş verdiyini görürük”, – deyə ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, aparılan danışıqlar münaqişənin diplomatik yolla nizamlanması baxımından mühüm əhəmiyyət daşıyır və yaxın zamanda konkret nəticələrin əldə olunacağına ümid edilir.
Tramp əlavə edib ki, Vaşinqton prosesin irəliləməsi üçün tərəflərlə təmasları davam etdirəcək.
Tahir Turan