Trampdan Rusiya Ukrayna müharibəsi ilə bağlı YENİ AÇIQLAMA: Avropa liderləri HƏYƏCANLANDI KONKRET

22.05.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatedici məlumat verib.

KONKRET.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin yazdığına görə, Tramp Avropa liderləri ilə görüşündə Rusiya prezidenti Vladimir Putinin sülh istəmədiyini bildirib.

Tramp qeyd edib ki, Putin Ukraynada müharibəni sona çatdırmaq niyyətində deyil. Onun bu bəyanatı Qərb ölkələrində narahatlıq yaradıb.

Kreml isə yayılan xəbərləri təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Wall Street Journal”ın məlumatını şərh edərək, hesabatın Trampın özü tərəfindən verilən məlumatlarla ziddiyyət təşkil etdiyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью