Trampdan Rusiyaya qarşı yeni rüsum planı

15.07.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

The Washington Post-un xəbərinə görə, Donald Tramp Rusiya məhsullarına 100% tarif tətbiq etməyi, həmçinin Rusiya nefti, qazı və digər enerji resurslarını alan ölkələrə də 100% əlavə tarif qoymağı planlaşdırır.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

Ağ Evin nümayəndəsi bildirib ki, bu addım Ukraynada sülh razılaşması əldə olunmasa, həyata keçiriləcək. 

Tramp daha əvvəl də Avropanın ödənişi şərti ilə Ukraynaya silah göndərilməsini davam etdirəcəklərini bildirib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью