Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Dallasda keçirilən seçki qurultayında diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, prezidentin sözlərinə görə, partiyada olan tərəfdarları aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyub saxlayacağı təqdirdə, hər bir yetkin amerikalıya 5 000 dollar məbləğində ödəniş olunacaq:
"Respublikaçılar qalib gəlsələr, siz də bizimlə qalib gələcəksiniz və 5 000 dollar alacaqsınız. Bunun adı Tramp dividendi olacaq", — deyə dövlət başçısı vurğulayıb. pizza
Qeyd edək ki, ABŞ Siyahıyaalma Bürosunun son hesablamalarına əsasən, ölkədə 18 yaşdan yuxarı yetkin əhalinin sayı təxminən 269,7 milyon nəfərdir. Bəyan edilən bu vədin icrası üçün isə ümumilikdə 1,3 trilyon dollardan çox vəsait tələb olunur.