Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək konqresə aralıq seçkilərinin nəticələri ilə bağlı açıqlama verərək səsvermənin ədalətli keçiriləcəyi təqdirdə nəticələrə hörmətlə yanaşacağını bildirib.
Turkustan.az xəbər verir ki, Texas ştatında təşkil olunacaq seçki kampaniyası mitinqinə qatılmaq üçün Vaşinqtondan yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran Tramp, Demokratların qələbə qazanma ehtimalını şərh edib.
Demokratların seçkilərdə qalib gələrək Konqresdə çoxluğu ələ keçirəcəyi təqdirdə onlarla necə əməkdaşlıq edəcəyi soruşulduqda, dövlət başçısı veto səlahiyyətinə malik olduğunu xatırladıb:
"Əgər seçkilər ədalətli və dürüst keçirilərsə, mən onların nəticələrinə hörmətlə yanaşacağam. Demokratlar çoxluğu qazansalar bile, biz bir yol tapıb işləyəcəyik".
Aytən Yaşar/ Turkustan.az