Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Demokratların aralıq Konqres seçkilərindəki üstünlüyü ilə bağlı ilk açıqlamasında nəticələrə münasibət bildirib və İranla müharibəyə başlamaq qərarından peşman olmadığını vurğulayıb.
Turkustan.az xəbər verir ki, Ağ Evdə seçki nəticələrini izləyən Tramp sosial media hesabında Demokratların liderlik etdiyi yarışla bağlı paylaşım edib.
“Mən seçki bülletenində yox idim. Əgər orada olsaydım, böyük fərqlə qalib gələrdik”, – deyə Tramp bildirib.
Demokratlarla əməkdaşlığa hazır olduğunu bildirən ABŞ Prezidenti onları qələbə münasibətilə təbrik edib.
Tramp seçkilərdəki nəticələrə təsir edən amillərdən birinin İranla müharibə olduğunu da qeyd edib. Bununla belə, o, İrana qarşı hərbi əməliyyat qərarından geri çəkilmədiyini vurğulayıb:
“Mən bu barədə düşünmürəm. Düzgün olanı etdim. Lazım olsaydı, bunu yenidən edərdim”.
Aytən Yaşar/Turkustan.az