Trampdan sensasion proqnoz: Kir Starmer istefa verəcək

21.06.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsindən istefa verəcəyinə əmin olduğunu bildirib.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Kir Starmer Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verəcək. O, iki istiqamətdə uğursuzluğa düçar olub - immiqrasiya və energetika. Şimal dənizində neft hasilatını bərpa edin", - deyə ABŞ lideri yazıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də dəfələrlə Böyük Britaniya hakimiyyətini Şimal dənizində neft hasilatını davam etdirməyə çağırıb və bunun vacibliyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью