Trampdan sərt açıqlama: “Ölkəmiz xaos içindədir”

02.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp ölkəsində baş verən terror aktı barəsində danışıb.

"Cebheinfo.az" xəbər verir ki, o, hazırda ABŞ-nin xaos içində olduğunu deyib. 

Tramp yenidən hədəfdə olduğunu söyləyib:

"Ölkəmiz xaos içindədir, bütün dünya bizimlə lağ edir. 

Sərhədlərimiz açıqdır, liderimiz zəifdir və artan təhdidlərlə üz-üzəyik. Lakin Ədliyyə Nazirliyi, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə mənə hücum etməyə çalışırlar". 

O, təcili tədbirlər görmək lazım olduğunu qeyd edib:

"Demokratlar ölkəmizi xəyal qırıqlığına uğratdılar. Təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görmək lazımdır.

Yanvarın 20-də görüşənədək. Amerikanı yenidən möhtəşəm edin".

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью