Trampdan sərt qərar: Müsəlman qardaşları terror təşkilatı elan ediləcək

17.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

ABŞ administrasiyası beynəlxalq islam hərəkatı olan "Müsəlman qardaşları"nı terror təşkilatı kimi tanımağı planlaşdırır.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

ABŞ Dövlət Departamenti daha əvvəl "Müsəlman qardaşları" hərəkatının yalnız bəzi bölmələrini terror təşkilatı kimi tanıyıb.

Ağ Evdə jurnalistlər Amerika liderindən bütün hərəkatı terror təşkilatı kimi tanımaq niyyətində olub-olmadığını soruşublar.

"Bəli, tanıyacağam. Mənim xahişimlə Misir "Müsəlman qardaşları"na çox güclü təzyiq göstərib", - deyə Tramp cavab verib.

ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələrinə əsasən, Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed ölkə tarixində ilk müsəlman senator olacaq. O, gələn ilin əvvəlindən qanunverici orqanın yuxarı palatasında Miçiqan ştatını təmsil edəcək.

Tramp daha əvvəl Misirdən olan mühacirlərin oğlu Əl-Sayedi "Müsəlman qardaşları" ilə əlaqələrdə ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью