Trampdan sərt qərar: Uşaq qatilləri edam olunacaq

24.11.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə uşaq qatilləri, təcavüzkarlar və insan alverçiləri üçün ölüm hökmü tələb etməyi tapşırıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında məlumat verib.

"Mən uşaq qatilləri, eləcə də qurbanlarını öldürən təcavüzkarlar və insan alverçiləri üçün ölüm cəzası tələb edən prezident sərəncamı imzalayacağam" - ABŞ prezidenti bildirib.

Tramp Baş prokurora ölüm hökmlərinin icrasını sürətləndirməyi tapşırıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью