Trampdan sərt xəbərdarlıq

22.04.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Avropanın "özünü nizamlamasa", yox ola biləcəyini bildirib.

"Ölkə.az" xəbər verir ki, bu fikirləri o, aprelin 21-də səsləndirib.

"Avropa özünü qaydaya salmalıdır. Energetika və miqrasiya baxımından nizam yaratmalıdırlar, əks halda Avropa artıq olmayacaq", - deyə Tramp bildirib.

O xatırladıb ki, dəfələrlə Avropanı "kağız pələng" adlandırıb.

Donald Tramp, həmçinin NATO-nun ABŞ-yə ciddi ehtiyacı olduğunu vurğulayıb və Vaşinqtonun dəstəyi olmadan alyansın "kağız pələng"dən başqa bir şey olmadığını qeyd edib.

ABŞ lideri əlavə edib ki, bu fikirləri siyasətə gəlməzdən əvvəl də səsləndirib və baş verənləri izləməyi maraqlı hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью