Trampdan sərt xəbərdarlıq: Onlar ağır bədəl ödəyəcəklər

20.10.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukraynadakı münaqişə həll olunmasa, çoxları ağır bədəl ödəməli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Amerika lideri konkret kimin ağır bədəli ödəyəcəyini və bunun nəticələrinin nədən ibarət olacağını açıqlamayıb.

O, həmçinin bildirib ki, ABŞ razılığa gəlməyə çalışır və hadisələrin müsbət istiqamətdə cərəyan etməsi çox yaxşı olardı.

Bundan əvvəl Tramp Rusiya və Ukraynaya hazırkı cəbhə xəttində döyüşləri dayandırmağı və sonra danışıqlar aparmağı təklif edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью