Trampdan sərt xəbərdarlıq: “Prezidentə itaətsizliyə çağırış normal deyil”

02.12.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarını dövlət başçısının əmrlərinə qarşı itaətsizliyə çağırışlardan çəkinməyə səsləyib və bu cür fikirlər səsləndirdiyinə görə Demokrat Partiyasının senatoru, keçmiş astronavt Mark Kellini tənqid edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "TruthSocial" sosial şəbəkə platformasında yazıb.

“Mark Kelli və bir qrup qeyri-patriot siyasətçi düzgün davranmadılar və bunu özləri də bilirlər. Ümid edirəm ki, onları izləyən insanlar ABŞ Prezidentinə açıq şəkildə itaətsizliyə çağırmağın normal bir hal olduğuna inanıb aldanmazlar”, - deyə qeyd edib.

Noyabrın sonunda ABŞ müdafiə naziri Pit Hegset, Mark Kellinin hərbçiləri mübahisəli əmrləri yerinə yetirməməyə çağıran açıqlamalarına görə onunla bağlı araşdırma aparılma aparılmasını tapşırmışdı.

Bundan əvvəl Demokrat Partiyasından bir qrup senator və Konqres üzvü, o cümlədən Kelli, ABŞ Silahlı Qüvvələrinin və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına müraciət edərək bildirmişdilər ki, ölkə hazırda təkcə xarici deyil, həm də daxili təhdidlərə məruz qalır. Onların sözlərinə görə, Tramp administrasiyası güc strukturlarından ölkə vətəndaşlarına qarşı istifadə etməyə çalışır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью